Xankəndi sentyabrın 2 – də İrəvandan hörmətli qonaqların ziyarətini gözləyir, amma boşa.

0

Göz yolda qalacaq, könül intizarda. Ermənistan hakimiyyəti hələ də, Dağlıq Qarabağa səfər etməyə maraqlı deyil.

İctimairey.az xəbər verir ki, bu barədə Ermənistan mediyası yazır. Qeyd edək ki, Dağlıq Qarabağ hakimiyyəti müstəqilliyin elan edilməsinin 30 illiyi münasibətilə sentyabrın 2-də keçiriləcək təntənəli tədbirlərdə Ermənistandan yüksək vəzifəli şəxslərin Xankəndinə gəlməsini təmin etmək üçün hər şeyi edir.

“Hraparak” qəzeti bu barədə yazır və qeyd edir ki, Ermənistanın yüksək rəhbərliyi Dağlıq Qarabağa getmək istəmirlər, çünki 44 günlük müharibədən sonra, Bakı bu barədə açıq tələb irəli sürüb, daha doğrusu, , əslində qadağa qoyub.

Qəzet xatırladır ki, hələ bu ilin yanvarında Azərbaycan rəhbərliyi Ermənistanın o zamankı xarici işlər naziri Ara Ayvazyanın Stepanakertə səfərini qanunsuz adlandıraraq çox əsəbi reaksiya vermişdi. Qəzetin yazdığına görə, keçən həftə Yerevana səfəri zamanı Qarabağ parlamentinin sədri Artur Tovmasyan parlament fraksiyalarının rəhbərləri ilə görüşüb və onlara şəxsən dəvətnamə verib.

Tovmasyan əmin edib ki, Qarabağ parlamentinin müxalifət və iqtidaryönlü deputatları razılığa gəliblər ki, Ermənistandan olan həmkarlarının iştirakı ilə heç bir demarş və etiraz aksiyası təşkil etməyəcəklər. Ancaq qəzet yazır ki, bu təminatlar Nikol Paşinyanı və komandasını “satın ala” bilməz və sıravi parlament nümayəndə heyəti Dağlıq Qarabağa gedəcək.

Baş nazirin özü – Paşinyan- sentyabrın 2 -də istirahətdə olacaq və parlamentin spikeri Alen Simonyan həmin gün Vyanaya səfər planlaşdırıb, lakin qəzetin yazdığına görə, onsuz da onlar Xankəndinə getməzdi.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »