Xocalıda 50 metr uzunluğunda Rusiya bayrağı qaldırıldı — VİDEO

0

Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı missiyanı yerinə yetirən Rusiya hərbçiləri Qarabağda ilk dəfə olaraq Rusiya Federasiyasının Dövlət Bayrağı gününün təntənəli qeyd olunmasında iştirak ediblər.

İctimai Rəy xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya hərbi kontingentinin Baş qərargahının yerləşdiyi Xocalı hava limanı ərazisində keçirilən tədbir Rusiya Federasiyası himninin sədaları altında Rusiya Dövlət Bayrağının qaldırılması ilə başlanıb. Uzunluğu 50 metr, eni 5 metr olan bayrağın Moskvada hazırlanıb Qarabağa gətirilməsini təşkil etmiş “Biz birik” ÜmumRusiya forumunun rəhbəri, erməni mənşəli Armen Karenoviç Gülnazarov təqdim edərək Rusiya hərbçilərini təbrik edib.

“22 Avqustda ölkəmizin Dövlət Bayrağı Gününü qeyd edirik. Bu bayram Vətəninə sadiq olan, öz ölkəsinin, xalqının tarixinə dəyər verən bütün insanları bir araya gətirmək və birləşdirmək üçün tanınır. Bu münasibətlə Qarabağa “Biz birik” cəmiyyətinin könüllüləri ilə birlikdə Rusiya Federasiyasından Rusiyanın 50 metr uzunluğu, 5 metr eni olan bayrağı gətirilib ” –  deyə Rusiya sülhməramlı birləşməsinin komandan müavini, general -mayor Oleq Yeqorov şəxsi heyətə müraciətində söyləyib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »