Gürcüstanda son sutkada 60 nəfər pandemiyanın qurbanı olub

0

Gürcüstanda son sutkada daha 2354 nəfər koronavirusa yoluxub, 5200 nəfər müalicə olunaraq sağalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halları yenidən artıb. Son sutkada daha 60 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, bununla da, Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 517 098-ə, sağalanların sayı 453 488-ə, koronavirusdan ölənlərin sayı isə 6 831-ə çatıb.

Hazırda ölkədə 56 753 nəfər aktiv koronavirus xəstəsi var.

Xəstələrin 88-i Diqomi massivindəki səhra hospitalına yerləşdirilib.

Ölkədə yoluxma halları son 14 gündə ümumi əhalinin 10,94 faizini, son bir həftədə isə 10,80 faizini təşkil edib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »