Taliban əleyhdarları Qərbdən onlara silah göndərməsini istəyiblər Taliban nəzarətində olmayan Pəncşir əyalətini tutan əfqanlar Qərbdən silahla kömək etmələrini xahiş edir.
İctimairey.az “RİA” ya istinadən xəbər verir ki, Əfqanıstanın “Taliban” nəzarətində olmayan Pəncşir əyalətindəki müqavimət döyüşçüləri, Qərb ölkələrini silahla kömək etməyə çağırır.
Əfqanıstan Müqavimət Cəbhəsinin lideri Məsud, Şimal İttifaqının mərhum rəhbəri Əhməd Şah Məsudun oğludur, o da Talibanla döyüşüb. Kiçik Məsudun fikrincə, ABŞ və müttəfiqləri “döyüş meydanını tərk etdilər”, amma Amerika yenə də “böyük demokratiya carçısı” ola bilər.
“Bu məqsədlə, Əfqanıstanın qərbdəki dostlarından xahiş edirəm, bizi müdafiə edin. Vaşinqtondan və Nyu-Yorkdan, Konqresdən və Bayden administrasiyasından xahiş edirəm, təhsilimi başa vurduğum Londondan və Parisdən xahiş edirəm bizim üçün ayağa qalxsınlar. O kəslərdən ki, bu baharda atamın şərəfinə, Yelisey xiyabanında tədbir keçiriblər”- deyə Məsud müraciət edib.
Məsudun sözlərinə görə, silah və texnika ilə, xüsusi təyinatlılarla birlikdə Pəncşirə gedən Əfqanıstan ordusu onun çağırışına cavab verib. “Nə olursa olsun, mən və mücahid döyüşçülərimiz Əfqanıstan azadlığının son qalası olaraq Pəncşiri müdafiə edəcəyik. Döyüş ruhumuz məğlubedilməzdi. Bizi nələrin gözlədiyini təcrübədən bilirik. Ancaq daha çox silah, daha çox sursat və daha çox texnikaya ehtiyacımız var”, – deyə məlumatda bildirilir.
Kabildəki bir hərbi mənbə “RİA Novosti”yə bildirib ki, təslim olmaqdan imtina edən Əfqanıstan ordusu və Marşal Əbdül-Rəşidin silahlı dəstələri – cəmi on minə yaxın döyüşçü – talibanlarla mübarizəyə qoşulmaq niyyəti ilə Pəncşirə gediblər. Əfqanıstanın Birinci vitse -prezidenti Əmrullah Salehin qüvvələri Pərvan əyalətindəki Çarikar bölgəsinə nəzarəti yenidən ələ keçirdib.
Döyüşlər davam edir. Pəncsir 140 mindən çox əhalisi olan və ən çətin əraziyə malik Əfqanıstanın 34 əyalətindən biridir. ABŞ-ın başçılıq etdiyi NATO qoşunlarının əsas qüvvələri bu əyalətdə yerləşirdi. “Taliban” Pəncsir dərəsini ələ keçirə bilmədi və 25 il əvvəl, 1996 -cı ildə hakimiyyətə gələn, Şimali İttifaqın lideri Əhməd Şah Məsud onlara müqavimət göstərərək bu əyalətdə möhkəmləndi. Məsud 1980-ci illərdə sovet qoşunlarına qarşı da vuruşubdu.
Xatırladaq ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdib. Amerika kontingentinin Əfqanıstandan çəkilməsi fonunda “Taliban” hücuma keçdi və bütün böyük şəhərləri ələ keçirdi. Ölkənin keçmiş prezidenti Əşrəf Qani ölkədən qaçdı. Taliban siyasi bürosunun sözçüsü Məhəmməd Naim müharibənin bitdiyini açıqladı. Yeni bir idarəetmə forması yaxın gələcəkdə bəlli olacaq. Silahlılar keçid hökumətinin qayda-qanunları ilə razı deyillər.
Esmira ŞÜKÜROVA.
İctimairey.az