Mal-qara arasında ÖLÜMCÜL xəstəlik yayılıb

0

Goranboyun Gülməmmədli kəndində mal-qara arasında qorxunc xəstəlik yayılıb.

Heyvanların qəfldən bədəninin qabaq və arxa ayaqlarının bud hissələrində şiş əmələ gəlir. Şüş gün ərzində bədəni bürüyür və heyvanın ölümünə səbəb olur. Heyvanın ölüm səbəbini təyin etmək üçün kəsdikdə aydın olur ki, iç orqanları tamamilə dağılıb.

Xəstəliklə bağlı Baytarlıq idarəsinin rəsi Elsevər Hüseynov bildirib ki, araşdırma nəticəsində heyvanlar arasında Qara yara xəstəliyinin yayılması aşkarlandı. Təcili olaraq peyvəndləmə işləri aparıldı və artıq heyvanlar arasında ölüm hadisəsi baş verməyib.

Esmira ŞÜKÜROVA,

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »