ABŞ-ın keçmiş vitse-prezidenti “Taliban”ın qələbəsindən məsul şəxslərin adını açıqladı

0

ABŞ-ın keçmiş vitse -prezidenti Pens Əfqanıstanda Talibanın hakimiyyətinə gəlməsində Baydeni ittiham edir.Onun fikrincə, taliblərin hakimiyyətə gəlməsinin məsuliyyəti Amerika lideri Co Baydenin üzərinə düşür.

İctimairey.az “The Wall Street” jurnalına əsasən xəbər verir. Pence xatırladıb ki, 2020 -ci ilin fevralında Donald Tramp Talibanla müqavilə imzalayıb. Müqavilədə Amerika kontingentinə edilən hər hansı bir hücumun dayandırılması, terrorçulara sığınacaq verilməməsi və yeni hökumətin qurulması ilə əlaqədar rəsmi Əfqanıstan hakimiyyəti ilə danışıqların aparılması tələbi vardı.

Keçmiş vitse -prezident, razılaşmanın illərdir İslam respublikasına sabitlik gətirdiyini vurğulayıb. Bayden isə, prezident vəzifəsinə gəldikdən sonra, ABŞ əsgərlərinin Əfqanıstanda daha dörd ay qalacağını açıqladı, baxmayaraq ki, bunun üçün heç bir səbəb yox idi.

“Bayden razılaşmanı pozduqda, Taliban Əfqanıstan hökumətinə qarşı genişmiqyaslı hücuma keçdi və Kabulu işğal etdi. Onlar hazırkı prezidentin dövründə demək olar ki, heç bir təhlükə olmayacağını bilirdilər. Zəiflik pisliyi doğurur və indi Əfqanıstanda müşahidə olunan pisliyin miqyası Baydenin zəifliyindən xəbər verir” – deyərək Pence bildirib.

İndi məlum oldu ki, Əfqanıstanda Taliban tərəfindən hakimiyyəti ələ keçirməsindən sonra, ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən bu yana fəaliyyətinin bəyənmə reytinqi ən aşağı səviyyəyə enmişdir. Baydenin populyarlığı ABŞ-ın Əfqanıstanda 20 illik hərbi mövcudluğundan və trilyonlarla dolların oraya yatırılmasından sonra, Taliban Kabulu ələ keçirəndə aşağı düşdü.

Esmira ŞÜKÜROVA,

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »