Kürdəmir sakininin meyiti yaşadığı evdə aşkarlanıb.
İctimairey.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Soltan Şıxəliyev küçəsində qeydə alınıb. Kürdəmir bazarında xadimə işləyən 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızının meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.İctimairey.Az