Artıq çəkidən tez bir zamanda qurtulmağın yolu tapılıb

0

Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri artıq çəkidən tez bir zamanda azad olmağın yeni və qeyri-adi üsulunu aşkar ediblər.

Bu barədə “Science” elmi jurnalında dərc olunan məqalədə məlumat verilib.

Bildirilib ki, alimlər ilk dəfə olaraq arıqlama üsulunda hormonlardan deyil, immun sistemi zülallarından istifadə ediblər.

Yeni tapıntı allergik reaksiyalar və insulinlə bağlı gəmiricilər üzərində aparılan təcrübələr zamanı təsadüfən üzə çıxıb. Belə ki, TSLP zülalının köməyilə heyvanların çəkisini iki dəfəyədək azaltmaq mümkün olub.

Alimlər yaxın zamanda bu zülalın insanlar üzərindəki effektivlik dərəcəsini dəqiq müəyyən etmək üçün təcrübələrə başlayacaqlarını bildiriblər.(oxu.az)

İctimairey.Az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »