Tanınmış aparıcı işdən ayrıldı

0
Aparıcı Mətanət Əliverdiyeva “Space” telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.
 İctimairəy.az xəbər verir ki, bu haqda aparıcı Axşam.az-a açıqlamasında deyib.
O bildirib ki, fərqli bir şou hazırlayır:
“Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı “6/8”dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir”.
Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra “Space”də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.
 
İctimairəy.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »