Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-22° isti, gündüz 24-26° isti, Bakıda gecə 20-22° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Şimal çimərliklərində dəniz suyunun temperaturu (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 18°-dək isti olacaq
Tibbi-meteoroloji proqnoza görə, iyulun 28-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi əsasən əlverişli olsa da, güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
İctimairey.az