Şəmkirdə 50 yaşlı kişi bacısı oğlu tərəfindən qətlə yetirildi

0

Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə Şəmkir şəhər Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Dayısını öldürən bacıoğlu artıq həbs olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(baku.ws)

İctimairey.az

 71 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »