“Qarabağ”dan Səudiyyə Ərəbistanına transfer

0

“Qarabağ”la yollarını ayıran serbiyalı futbolçu Uroş Matiçin yeni komandası bəlli olub.

31 yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Təcrübəli oyunçu bu ölkənin “Abha” klubuna keçib. O, 2 illik müqaviləyə qol çəkib.
Ölkəsinin mətbuatına danışan Matiç Türkiyədən bir neçə təklif aldığını da gizlətməyib: “Yaxşı liqada çıxış edəcəyim üçün şadam. Burada kifayət qədər səviyyəli futbolçular və məşqçilər var. Keçidimi həll edən agentimə təşəkkür edirəm. Türkiyədən bir neçə təklifim olsa da, qardaşım Nemanya Matiç buraya gəlməyimi məsləhət gördü. Mən də “Abha”ya keçməyə qərar verdim. Düşünürəm ki, bu klubda yaxşı karyeram ola bilər”.
Qeyd edək ki, Uroş Matiç “Qarabağ”a ötən ilin yayında keçmişdi.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »