Qaxda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

İctimai Rəy xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilində olan sərnişin ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qaxda yol qəzası zamanı ölən şəxs rayonun Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfər Şamil oğlu Cəfərovdu.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, “Daewoo” markalı minik avtomobilini idarə edən C.Cəfərov bu il orta məktəbi qutaran məzundu. Qəza zamanı onun idarə etdiyi avtomobildə yaralananlardan da məzun olanları var.

Comments are closed.

Tərcümə »