Meksikanın federal məhkəməsi hökumətə milli peyvənd proqramını dəyişdirmək və 18 yaşından kiçik bütün uşaqları aşılama proqramına daxil etmək üçün, 48 saat vaxt verib.
İctimairey.az xəbər verir ki, Meksikada, Prezident Andres Manuel Lopez Obrador hökuməti, milli peyvənd proqramı çərçivəsində yalnız, 18 yaşına çatmamış əlil və xroniki xəstə vətəndaşlara Covid-19 peyvəndi tətbiq edilməsinə qarşı qərar qəbul etdi. Meksika əyalətinin Yeddinci Rayon Məhkəməsinin hakimi milli peyvənd təqvimini dəyişdirmək və 18 yaşına çatmamış bütün uşaqları daxil etmək üçün hökumətə 48 saat vaxt verdi.
Məhkəmənin verdiyi açıqlamada, bu qərarın insan hüquqları çərçivəsində, sağlamlıq hüququnun təmin edilməsi məqsədi ilə verildiyi bildirilir.
İctimairey.az