İtaliya sədrliyinin təşəbbüsü ilə, bu il “ Böyük 20-lik” qrupunun Əfqanıstana görə fövqəladə toplantısı geniş tərkibdə videokonfrans formatında keçirilib. Görüşdə təşkilatın daimi üzvlərindən başqa, İspaniya, Hollandiya, Qətər, Sinqapur, eləcə də BMT, BVF və Dünya Bankının liderləri iştirak ediblər.
Eyni zamanda, Rusiya və Çin başçıları sammitdə iştirak etmədilər. Rusiyadan Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini İqor Morqulov və Prezidentin xüsusi nümayəndəsi Zamir Kabulov, Çindən isə Xarici İşlər Naziri Vanq İ iştirak edib.
İtaliya Baş naziri Mario Draqi, Vladimir Putin və Si Tzinpinin görüşdə iştirak etməməsinin heç bir siyasi səbəbinin olmadığını, ancaq özlərnin dediyinə görə, “xüsusi səbəblərə” bağlı olduğunu söyləyib.
Müzakirələrdən sonra, iştirakçılar BMT-nin Əfqanıstanda daimi olmasının vacibliyini qeyd etdilər və Əfqanıstan hakimiyyətini BMT -nin bütün işçilərinin, eləcə də diplomatların və humanitar işçilərin təhlükəsizliyini və hərəkət azadlığını təmin etməyə çağırdılar.
İctimaiyirey.az