Taksi sürücüsü olan tələbə öldürüldü – FOTO

Türkiyədə taksi sürücüsü olan 20 yaşlı tələbə öldürülüb.

Konya Texniki Universitetinin 2-ci kurs tələbəsi, 20 yaşlı Eren Peker mübahisə etdiyi şəxslər tərəfindən öldürülüb.

Məlumata görə, Eren Peker müştərisini taksi ilə gedəcəyi yerə aparmaq üçün yolda başqa bir sürücü ilə “yol vermək” məsələsində mübahisə edib. Mübahisə etdiyi şəxslər müştərisini düşürdükdən sonra Pekerin qarşısını kəsiblər. Avtomobildən düşən üç nəfər Pekerin taksisinə hücum edərək onu bıçaqlayıb.

Peker avtomobilindən düşərək kömək istəyib amma şübhəlilər hadisə yerindən qaçıb. Polis və təcili yardım qrupları hadisə yerinə gəlsə də, Peker xəstəxanaya aparıldıqdan sonra həyatını itirib.Polis şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Eren Pekerin həftə sonları pul qazanmaq üçün taksi sürücüsü işlədiyi, atasını gənc yaşlarında itirdiyi və Konyada yataqxanada yaşadığı öyrənilib./Milli.Az/

Comments are closed.

Tərcümə »