ADY ötən ilin rekordunu təzələdi

Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.

ADY-dən verilən məlumata görə, Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64% və 33% artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.

Comments are closed.

Tərcümə »