Fransanın paytaxtı Parisin evsahibliyi etdiyi “Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
“Report”un məlumatına görə, mükafata İspaniyanın “Barselona” komandasının 17 yaşlı üzvü Lamin Yamal layiq görülüb.
Qeyd edək ki, 2023-cü ildə bu mükafat İspaniya “Real Madrid”inin yarımmüdafiəçisi Cud Bellinqemə verilib.