Əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.
İctimai Rəy xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bəyan edib.
“Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə ADY-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır”, – deyə məlumatda qeyd olunub.