Azərbaycan millisi Estoniyaya qarşı – Saat 20:00-da…

0

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq.

İctimai Rəy fanat.az-a istinadən xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 3-cü turda Estoniyanın qonağı olacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Tallində Estoniyanın qonağı olacaq. Matça saat 20:00-da start veriləcək. Qarşılaşmanı irlandiyalı hakimlər idarə edəcəklər.

Azərbaycan millisi ilk iki turda xal qazana bilməyib. Komandamız evdə İsveçə (1:3) və səfərdə Slovakiyaya (0:2) uduzub.

UEFA Millətlər Liqası

III tur

11 oktyabr

20:00 Estoniya – Azərbaycan

Baş hakim: Rob Harvi (İrlandiya)

Tallin. “Lilleküla” stadionu.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »