Ukraynada “vətəndaş deyil” pasportunu tətbiq etmək tələb olunur

0

Odessa Şəhər Şurasının deputatı Andrey Vaqapov, – Ukrayna Latviya, Litva və Estoniyada olduğu kimi, “vətəndaş deyil” pasportu tədbiq etməlidir. – söyləyib.

    Deputat “Dumskaya” telekanalının efirindən də, Avropa ölkələrinin təcrübəsinə istinad ediməsini səsləndirib.

     “Bu addımı çoxdan atmalıydıq”, – deyə, Qazeta.ru yazır.

      Bundan əvvəl, Ali Radanın “Xalqın Xidmətçisi” partiyasından olan deputat Oleq Dunda Rusiya pasportlu ukraynalıların seçki hüquqlarının məhdudlaşdırılmasını təklif etmişdi. O, Sovet İttifaqının dağılmasından sonra, Kommunist Partiyası üzvlərinin seçkilərdə iştirakına qadağa qoyulduğu Latviyanı misal çəkib. Dunda təxminən 2 milyon Ukrayna vətəndaşının Rusiya pasportuna sahib olduğunu qeyd edib.

      Daha əvvəl, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebanın Kiyevin Rusiya üçün “ciddi problemlər yaratmağa” hazır olduğunu açıqladığı bildirilmişdi.

Esmira ŞÜKÜROVA. İctimairey.az 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »