Bərdədə keçmiş məhkum tutuldu: Qaçaqmalçılıq yolu ilə ölkəyə marixuana gətiribmiş

0

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısını təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məmmədəli Məmmədov saxlanılıb.

Bu barədə  DİN-in Mətbuat xidmətindən bildirilib.

Ondan 5 kiloqrama yaxın narkotik vasitə marixuana aşkalanıb. M.Məmmədov ifadəsində marixuananı İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini və satışını təşkil etmək üçün yaşadığı Bərdə rayonuna gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »