Bərdədə qanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb

0

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə rayonunun Şatırlı kəndində fiziki şəxs Məmmədov Nəsir Şahmalı oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar edilən nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »