Ərdoğan: Türkiyə Rusiyanın tərkibində olan Krımı tanımır

0


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76 -cı sessiyasında çıxış edərkən bildirib ki, Türkiyə hakimiyyəti Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir.
2020 -ci ilin oktyabr ayında cənab Ərdoğan, İstanbulda ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlardan sonra, Türkiyənin “Krımın qanunsuz zəbt edilməsini” tanımadığını və heç vaxt tanımayacağını söyləyib.
İctimairey.az Türkiyə mediyasınına istinadən bildirir ki, Türkiyə prezidenti BMT -də – “Zəbt edilən Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına böyük əhəmiyyət veririk” – xüsusi vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın “Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini və qanunsuz zəbt edilən Krımı tanımadığını” – bildirən bəyanat yaymışdı. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu baxımdan Krımdakı seçkilərin Türkiyə üçün “heç bir hüquqi qüvvəsi yoxdur”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Türkiyə Xarici İşlər Nazirliyinin Krımda Dövlət Dumasına seçkilərin tanınmaması ilə bağlı açıqlamasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini bildirib. Daha sonra prezidentin mətbuat katibi Dmitri Peskov, Rusiyanın Türkiyənin Krımın tanınması ilə bağlı mövqeyini dəyişəcəyinə ümid etdiyini söyləyib.

Xatırladaq ki, Krım 2014 -cü ilin martında keçirilən referendumdan sonra, Rusiyanın tərkibinə daxil olub. Ukrayna hələ də Krımı müvəqqəti işğal edilmiş ərazisi hesab edir.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »