Ərdoğan müsəlman dünyasının lideri elan olundu

0

Prezident Rəcəb Tayyib Ərdoğan Manhattan Mərkəzində Türk-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) təşkil etdiyi “Daha Ədalətli Bir Dünya Mümkündür” konfransında çıxış etdi.
Prezident Ərdoğandan əvvəl kürsüyə çıxan Nyu Yorkdakı Təqva Məscidinin qurucusu İmam Sirac Vahhaj, Ərdoğanın yalnız 80 milyon əhalisi olan Türkiyənin deyil, bütün müsəlmanların lideri olduğunu elan edib. Vahhajın çıxışında Ərdoğan barəsində bu sözləri söyləyib:

– Prezident Rəcəb Tayyib Ərdoğan, İslamofobiya ilə mübarizəni həm qeyri-hökumət təşkilatları vasitəsi ilə, həm də ayrı-ayrılıqda apardığını gördüyünü və bundan məmnun qaldığını ifadə edərək, “Sahib olduğunuz bu böyük təcrübə ilə, bu işə daha çox töhfə verməniz nifrət cinayətləri və mədəni irqçiliklə mübarizə aparmanız çox vacibdir. Türkiyə olaraq biz də İslamofobiya və platformalarda dözümsüzlüklə mübarizədə aparıcı rol oynayırıq. ”

İslam Əməkdaşlıq Təşkilatında bu istiqamətdə səy göstərdiklərinə diqqət çəkən Ərdoğan, “Dinimizə və müsəlman qardaşlarımıza qarşı bütün təhdidləri ortadan qaldırmaq üçün edilən hər hansı bir cəhdi dəstəkləyirik.- deyə bildirib.

Məclis iştirakçıları Sirac Vahhajinin açıqlamasında sonra dəqiqqələrlə alqışlar edib.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »