Ermənistandan Türkiyəyə mesaj: Ən yüksək səviyyədə dialoqa hazırıq

0

 

Bir müddət əvvəl Türkiyəyə qarşı boykot təhdidlərindən əl çəkən Ermənistandan müsbət mesajlar gəlməyə davam edir.
Baş nazir Nikol Paşinyanın sözçüsü Mane Gevorqyan, Türkiyə ilə ən yüksək səviyyədə dialoqa hazır olduqlarını ifadə edərək, – “Bu görüş regional nəqliyyat və əlaqə yollarının açılması və uzun müddətli sülh və sabitlik üçün lazımdır”- deyib. Mötədil mesajların Prezident Ərdoğanın ABŞ-a səfəri zamanı sülh və əməkdaşlıq sözlərindən sonra gəlməsi diqqət çəkib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Nyu -York səfərindən əvvəl Qafqazda sülh, əməkdaşlıq və sabitlik haqqında dediklərindən sonra, Ermənistandan müsbət siqnallar gəlməyə davam edir. Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər münasibətlərin normallaşması ilə bağlı açıqlamasından sonra, Paşinyanın sözçüsü Mane Gevorgyan bu dəfə mövzu ilə bağlı şərhlər verdi.
“YÜKSƏK SƏHİYYƏDƏ DİYALOGA HAZIRLIQ”

İctimairey.az TRT Haber telekanalının xəbərinə görə bildirir ki, Türkiyə ilə Ermənistan arasında hələ heç bir təmas olmadığına işarə edən Gevorqyan, İrəvanın Türkiyə ilə ən yüksək səviyyədə dialoqa hazır olduğunu bildirib.

Görüşün hər iki dövlət arasındakı maneələrin aradan qaldırılmasının və düşmənçiliyin dayandırılmasının variantlardan biri olduğunu qeyd edən sözçü, “Səmərəli iş olarsa, Ermənistan yüksək səviyyəli görüşlərə hazır olacaq”- deyib. Gevorqyan, eyni zamanda, uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün regional nəqliyyat və birləşdirici yolların açılmasının da zəruri olduğunu bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Paşinyan Türkiyəni son aylarda Azərbaycanı dəstəkləməkdə günahlandırıb, sanksiyalar tətbiq etməyi və Türkiyəni boykot etmək qərarına gəldiklərini açıqlamışdı.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »