İsmayıllıda 8 ton çətənə kolu məhv edilib

0

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xanagah kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-dən verilən məlumata görə, ümumi çəkisi 8 ton 147 kiloqram olan 9015 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »