Salyanın İB-sı Sevindik Hətəmov işinin öhdəsindən peşəkarlıqla gəldiyindən rayon ictimaiyyətinin etimadını qazanıb
Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən -Salyan rayonunun icra başçısı Xalqın Sevgisini qazanan Sevindik Hətəmovdan bəhs edəcəyik.
İstənilən rəhbər şəxs üçün etimad və güvən ilkin şərtlərdəndir və bu uğurun açarı hesab olunur. Rayon əhalisinin sevgisi və etimadını qazanan rəhbər şəxslərin bir qayda olaraq uğur qazanması təbii qanunauyğunluq sayılmalıdır.Dövlətin,rayon əhalisinin güvən və etimadını qazanmış, qısa müddət ərzində fəaliyyəti ilə bunun heç də təsadüfi olmadığını təsdiqləmiş belə məmurlardan biri isə Salyan rayon icra hakimiyyətinin başçısı
“Sevindik Hətəmovdu”
Xatırladaq ki, Dövlət başçısı cənab İlham Əliyevin 4 mart 2016-cü il tarixli, Sərəncamı ilə Sevindik Hətəmov Salyan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Prezidentin məlum,sərəncamı həm də Salyan rayonunun sosial-iqtisadi tərəqqisinə təkan vermək, islahatları bir qədər də dərinləşdirmək məqsədi daşıyırdı. Bütün bu işlərin Salyanda reallaşdırılması üçün məhz Sevindik hətəmovun seçilməsi isə hər şeydən öncə ona göstərilən böyük etimadın, inamın təzahürü idi. Ötən müddət ərzində Sevindik Hətəmov, sıravi Salyanlıların tərəfindən xarakterizə edilməsi, onların yeni icra başçısına böyük ümidlər bəsləməsi isə onun həm də rayon əhalisindən böyük dəstək aldığını düşünmək üçün əsaslar yaradır. Ümumiyyətlə isə insanlarda elə ilk baxışdan etibar hissi yaratmaq, rəhbər şəxs kimi professionallıq, işdən intizam və tələbkarlıq Sevindik hətəmov personasının başlıca fərqləndirici keyfiyyətlərindəndir. Onun reputasiyasının kifayət qədər təmiz olması isə rayon əhalisinin Sevindik Hətəmova , güvənini daha sarsılmaz edir. Elə bu səbəbdən də Prezidentin məlum sərəncamı hər bir Salyanlının böyük ruh yüksəkliyinə səbəb olmuşdur. İndiyə qədər fəaliyyət göstərdiyi bütün vəzifələrdə Sevindik hətəmov,Dövlət Başçısına, Dövlətə və Dövlətçiliyə nə qədər bağlı olduğunu, işinin öhdəsindən peşəkarlıqla gəldiyini təsdiqləyib. Xüsusi xidmət orqanlarındakı qüsursuz fəaliyyəti onun karyerasının parlaq mərhələsi kimi xatırlanmalıdır. Görünür, elə bu və digər nüansların nəzərə alınması Sevindik Hətəmov, Prezident səviyyəsində belə böyük bir etimadın göstərilməsinə səbəb olub. Hər halda etiraf edək ki, düşmənlə nəfəs-nəfəsə dayanmış Salyan ,rayonuna rəhbərlik etmək kifayət qədər ciddi və məsuliyyətli bir işdir. Sevindik hətəmov, isə həm sarsılmaz döyüşçü, həm də professional rəhbər kimi özünü çoxdan təsdiqləmiş şəxsiyyətlərimizdəndir. Bu səbəbdən də bu gün Salyan rayonunun sükanı arxasında etibarlı bir rəhbərin dayandığından hər kəs arxayındır.
Zəngin idarəçilik təcrübəsinə malik olan icra başçısı?
Sakinlərin dərdini, sərini, şikayətlərini öyrənir və problemlərinə yardım edir, Söz olaraq yox, əməli qaydada verdiyi vədləri icra etməyə başladı.
Baş verən bu yeniliklərin səbəbkarı isə rayon icra başçısı Sevindik hətəmov. Çünki Salyan rayonu, bundan öncəki icra başçılaırnın zamanında belə yeniliklər görməmişdi, belə abadlıq işləri ilə rastlaşmamışdı. Görünən odur ki, Sevindik hətəmov. cənab Prezident İlham Əliyevin etimadını canla başla doğruldaraq, anadan olduğu doğma rayonun kimi inkşaf etdirməkdən yorulmur.
Xatırladaq ki, Sevindik Hətəmov , zəngin idarəçilik təcrübəsinə malik olan icra başçılarındandır. Əslən Laçın rayonundan olan Sevindik Hətəmov bu rayonun problemlərinə hər kəsdən yaxşı bələddir. Bir qədər obrazlı ifadə etsək, onun məxsusi qəbul günü yoxdu, çünki istənilən vətəndaş istənilən vaxt icra başçısı ilə şəxsən görüşüb , problemlərini açıq şəkildə ona deyə bilir
Saxtakarlıq şər böhtan əsası olmayan yalanlar və ya bir daha media təxribatı haqqında…
Bu barədə Kanal4.az olaraq bir dəfə yazmışdıq. Bəzi media orqanları Salyan rayon İcra Hakimiyyətinin başçısını tənqid edərkən hissə qapılırlar. Ən azı Sevindik hətəmov , barəsində tənqid yazarkən sıradan biri haqqında deyil, 1-ci Qarabağ savaşı dönəmində döyüşən bir döyüşçü olduğunu nəzərə alın.
Çünki, bəzi saytlar- da nəzərə almalıdır ki, Salyan rayonu İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov barəsində tənqid yazarkən şayələri xəbərə çevirməsinlər, faktlara əsaslansınlar. Ən azı yazılarında qəti imkan tədbiri seçib özlərini çətin duruma salmasınlar. Bəzi saytlar sadə Salyanı özlərinə sipər seçənlərə dəstək olur, onların adından spikulyasiya edənləri qısa müddətli sevindirirlər.
Bir daha qeyd edirik ki, bu saxta, qeyri-dəqiq informasiyalar rayon haqqında mənfi imic formalaşdırmaq və bulanıq suda balıq tutmaq üçündü. Sevindik Hətəmov işinin öhdəsindən səlahiyyətləri çərçivəsində gələ bilir və əhali arasında yerli kadr kimi dəstəklənir də. Əlbəttə, bu yazını yazdığım üçün jurnalist dostlarımızı günahlandırmaq niyyətimiz yoxdur. Sadəcə demək istəyirik ki, bu informasiyanı ötürən şəxslər məqsədli və qərəzlidir. Belə hallar cəmiyyətdə KİV-ə qarşı ikrah hissi yaradır.
Təbii, biz də anlayır və qəbul edirik ki, mətbuat əsasən tənqid üzərində bərqərardır və tənqiddən məhrum olan media orta əsrlərin “qılıncsız cəngavərləri” kimi gülünc olardı. Amma bu əsas verirmi ki, heç bir fakt olmadan kimlərinsə ictimai nüfuzuna xələl gətirilməyə cəhd edilsin, ictimai rəy çaşdırılsın və s. Mətbuatın əsas vəzifələrindən biri də mövcud nöqsanları aşkaralayaraq ictimai müzakirəyə çıxarmaq və aşkarlanmış problemin həllinə töhfə verməkdir. Amma Salyanla və Salyanın RİH başçısı Sevindik Hətəmovla bağlı yazılarda biz nədənsə bu məqsədi görə bilmirik, ortada heç bir fakt yoxdu, sadəcə hansısa mülahizələrə əsaslanan quru söz yığınını ittihamnaməyə çevirib nəyəsə nail olmaq həvəsi var bu yazılarda… Axı, həmin yazıların müəllifləri doğrudan da “həqiqət axtarışçıları” olsaydı, heç olmasa bircə dəfə gündə 5 “yazı” həsr elədikləri Salyanda olardılar. Onlar Salyanda olsaydılar yazdıqları ilə reallıqların nə qədər paradoks təşkil etdiyinə şəxsən şahidlik edər və heç bu yazıya da ehtiyac qalmazdı. Necə danmaq olar ki, Sevindik Hətəmovun Salyan rayonuna icra başçısı təyin olunduğu qısa müddət ərzində rayon son illərin ən dinamik inkişaf dövrünü yaşayır… Tikinti quruculuq işləri geniş vüsət alıb Sevindik hətəmov, zəngin idarəçilik təcrübəsinə malik olan icra başçılarındandır. Əslən Laçın rayonundan, olan Sevindik Hətəmov, bu rayonun problemlərinə hər kəsdən yaxşı bələddir. Bir qədər obrazlı ifadə etsək, onun məxsusi qəbul günü yoxdu, çünki istənilən vətəndaş istənilən vaxt icra başçısı ilə şəxsən görüşə, problemlərini açıq şəkildə ona deyə bilir. Mətbuatın vəzifəsi isə dövlətinə, dövlətçiliyinə və xalqına güvənən belə məmurlara yardım göstərməkdir. Sevindik Hətəmov. o kəslərdəndir ki, işığı onun gözünə yox, yoluna tutmaq lazımdır. Cənablar, bunu edə bilmirsinizsə, heç olmasa mane də olmayın.
Kanal4.az
Emin Xuduyev.