Argentina Prezidenti Xavyer Miley Venesuelada keçirilmiş prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib. Peru və Çili hökumətləri də oxşar qərar qəbul edib.
Bu barədə Miley “X” sosial şəbəkəsində yazıb.
O, venesuelalı müxalifətçi Edmundo Qonzalesi qalib adlandırıb.
Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea Venesuelada keçirilən səsverməni “xalqın iradəsinə qəsd” adlandırıb.
Çili xarici işlər naziri Alberto van Klaveren isə bildirib ki, beynəlxalq müşahidəçilər öz nəticələrini elan etməyənə qədər ölkə hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili Prezidenti Qabriel Boric də “protokolların yoxlanılmasında tam şəffaflığa” çağırıb.
Qeyd edək ki, protokolların 80%-nin nəticələrinə əsasən Maduro 51,2% səs toplayıb.//report.az