Bütün BMT sistemi COP29 üçün Azərbaycana dəstəkdir.
Bunu “Report”a müsahibəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell) deyib.
“Baş katibin də aydın formada ifadə etdiyi budur ki, COP29 üçün BMT sistemi tam şəkildə Azərbaycana dəstəkdir. Mənim də təmsil etdiyim BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası katibliyi (UNFCCC) uğurlu COP konfransının keçirilməsi üçün sədrliyi və tərəfləri dəstəkləməkdə əsas rola malikdir”, – deyə o qeyd edib.