“Qarabağ” Abdullah Zubirlə yeni müqavilə imzalayıb.
Ağdam təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq Mərakeş əsilli fransalı futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.
Yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.
32 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi “Köhlən atlar”da 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur. (Report)