Yaxın gələcəkdə Rusiya və Türkiyə arasında təmaslar davam edəcək.
İctimai Rəy Yenisabah.az-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: “Rusiya-Türkiyə təmasları davam edir, Rusiya-Türkiyə iqtisadi dialoqu bütün mövcud problemlərlə davam edir… Türkiyədə, digər məsələlərlə yanaşı, ölkənin mövcud iqtisadi problemləri də nəzərə alınmaqla, bu təzyiqin öhdəsindən gəlmək daha çətin ola bilər. …Yüksək səviyyəli əlaqələr, o cümlədən çox yaxın gələcəkdə davam edəcək. Prezidentlər fürsət düşən kimi ən yüksək səviyyədə görüşəcəklər”.