Türkiyənin Van əyalətinin Başkale rayonu ətrafında separatçı terror qruplaşmasına qarşı “Bozdoğan – 41” antiterror əməliyyatı keçirilib.
İctimai Rəy report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, jandarma qüvvələri tərəfindən “Bozdoğan-41” antiterror əməliyyatı nəticəsində üç terrorçu öldürülüb.