“Paşinyan düzgün iş görüb” – Türkiyənin milli müdafiə naziri

0

Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh sazişi lazımdır. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə edilməsini arzulayırıq.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.

“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – red) vurğuladığı kimi, tarixi sülh fürsəti yaxşı dəyərləndirilməlidir. Paşinyanın açıqlamalarını müsbət hesab edirəm. Düşünürəm ki, o, həm ölkəsi, həm də cəmiyyəti üçün düzgün iş görüb və real yanaşmaya malikdir”, – deyə nazir vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »