Mövsümə uyğun olaraq xiyar artıq süfrələrimizi bəzəməyə başlayıb. Bəlkə də çoxları elə düşünür ki, tərkibi 95 faiz sudan ibarət olan xiyar yalnız salat kimi qida rasionumuzda yer tutur. Ancaq bu düşüncədə olanlar yanılırlar.
Çünki xiyarın tərkibində olan digər maddələr orqanizm üçün olduqca faydalıdır.
Onlar hansılardır?
1. protein
2. karbohidratlar
3. lif
4. nişasta
5. pektin
6. üzvi turşu
7. kalium
8. kalsium
9. maqnezium
10. natrium
11. fosfor
12. dəmir
13. yod
14. kobalt
15. manqan
16. mis
17. molibden
18. fluoro
19. sink
20. Vitamin B
21. Vitamin E
22. Vitamin C
23. Vitamin B1
24. Vitamin B2
25. Vitamin B9
26. Vitamin PP
İnanılmazdır və yəqin ki, bu tərkib haqqında heç vaxt düşünməmisiniz.
İndi isə gəlin bu toplunun orqanizmə faydalarına nəzər yetirək:
1. Qan təzyiqini aşağı salır
2. Ürəyin fəaliyyətinə müsbət təsir göstərir
3. Sakitləşdirici xassəyə malikdir
4. Orqanizmdə olan zərərli maddələrin xaric olmasında mühüm rol oynayır
5. Əqli və fiziki yorğunluğu aradan qaldırır
6. Böyrək xəstəliklərinə qarşı mübarizədə ən yaxşı vasitədir
7. Susuzluğu götürür
8. Dərini cavan və təravətli saxlayır
9. Sidikqovucu xüsusiyyətə malikdir
10. Maddələr mübadiləsini tənzimləyir
11. Qaraciyərin fəaliyyətini normallaşdırır
12. Qanda şəkərin miqdarını azaldır
13. Xərçəng xəstəliklərinin profilaktikası üçün effektlidir
14. Ağızdan gələn xoşagəlməz qoxunu götürür
15. Həzm prosesini yaxşılaşdırır
16. Saç və dırnaqlardakı problemləri aradan qaldırır
Beləliklə, bu sadaladıqlarımızla xiyarın orqanizm üçün faydaları bitmir. Xiyar həm də təbii kosmetik vasitədir. Xanımlar yay fəslində üz dərilərinin sağlam və gözəl olmasını istəyirlərsə evdən çıxmadan buna nail ola bilərlər. Bunun üçün eyni miqdarda xama və sürtgəcdən keçirilmiş xiyarı qarışdırıb üz dərisinə və boyun nahiyəsinə çəkin, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bunu həftədə iki dəfə etməklə gözəl və təravətli dəriyə sahib olacaqsınız. Yaxud eyni miqdarda sürtgəcdən keçirilmiş xiyarla limon şirəsini qarışdıraraq üz dərisinə çəkmək, 10 dəqiqə saxladıqdan sonra soyuq su ilə yumaq lazımdır.
Bəc bu dəyərli tərəvəzi alarkən nəyə diqqət yetirmək lazımdır? Xiyar alarkən ölçüsü kiçik, rəngi tünd yaşıl və daha yaxşı olar ki, kiçik sarlağı olanlara üstünlük verəsiniz. Rəngi artıq sarıya çalan və yumşalmış xiyar almaq məsləhət deyil.
Mədə xorası və mədə turşuluğu çox olanlar xiyardan məhdudiyyətlə istifadə etməlidirlər.
Xiyarın bütün bu faydalarını diqqətinizə çatdırdıqdan sonra yəqin ki, əlavə şərhə ehtiyac qalmır. Sadəcə onu demək qalır ki, qarşıdan gələn isti yay günlərində bu faydalı tərəvəzdən sağlamlığınız üçün istifadə edin.