Rusiya prezidenti Putin Belarusla birgə təlimdə bütün dünyaya meydan oxudu. Rusiyanın təhdid olaraq xarakterizə olunan bu təlimdə Platform-M hücum robotlarını ilk dəfə sınaması diqqət çəkib.
Sentyabrın 10-da Rusiya və Belarusun “Zapad-2021” birgə hərbi təlimi başlayıb. Rusiya Prezidenti Putinin hərbi gücünü bütün dünyaya nümayiş etdirdiyi qorxu kimi qiymətləndirilən təlimdə, Avropa sərhədinə yaxın bölgələr də daxil olmaqla, Rusiyada 9, Belarusda isə 5 poliqondan istifadə edilmişdir. Təlimlərə Rusiya və Belarus ordusundan 200 minə yaxın əsgər və şəxsi heyət cəlb edilib.
Sentyabrın 16 -da başa çatacaq təlimə 80 təyyarə və helikopter, 290 tank, 240 top, çoxlu raket sistemi və 15 döyüş gəmisi daxil olmaqla 760 hərbi maşın qatılacaq.
HÜCUM ROBOTLARI İLK DƏFƏ SINAŞDI
Rusiya Müdafiə Nazirliyi, Rusiya və Belarus əsgərlərinin iştirakı ilə keçirilən Zapad-2021 təlimində Platform-M hücum robotlarının ilk dəfə sınaqdan keçirildiyini açıqlayıb.
Digər tərəfdən Belarus prezidenti Lukaşenko Rusiyadan 1 milyard dollardan çox dəyərində silah almağı planlaşdırdıqlarını ifadə edərək, “Bu, NATO qoşunları ilə birbaşa sərhədlərimizin olduğu qərb istiqamətini ciddiyə aldığımızı göstərir.” – deyib.
Xatırladaq ki, Hərbi təlimlərdən əvvəl Rusiya Prezidenti Vladimir Putin və Belarusun təcrid olunan avtoritar rəhbəri Aleksandr Lukaşenko Moksvada görüş keçirib və müdafiə sahələrində inteqrasiyasını dərinləşdirmək barədə razılığa gəlibilər.
Digər tərfədən Putin Moskvanın gələn ilin sonuna qədər Minskə 640 milyon dollar kredit verəcəyini bildirib. Üstəlik Lukaşenko ilə yeni vahid təbii qaz bazarın üzərində razılığa gəldiyini deyib.
20 ildən çoxdur iqtidarda olan Rusiya prezidenti Putin və təxminən otuz ildir hakimiyyətdə olan Lukaşenko “vahid müdafiə məkanı qurmaq” mövzusunu da müzakirə edib.
Esmira ŞÜKÜROVA İctimairey.az