Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir
2021-ci il avqustun 30-da Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı oldu.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada M.P.Vaqifin əzəmətli məqbərəsi inşa edilmiş və 1982-ci il yanvarın 14-də açılışı olmuşdu.
Halbuki ermənilər uzun illər idi Şuşanı erməni şəhəri olması barədə ağılsız iddialar irəli sürürdülər. Ulu öndər bu məqbərəni ucaltdırmaqla əslində həm xanlıqları tarixin qara ləkəsi kimi qələmə verən sovet ideologiyasını, həm də ermənilərin əsassız iddialarını darmadağın etdi.
Erməni vandalları 29 il əvvəl Şuşanı işğal edərək şəhəri viran qoymuş, Vaqifin məqbərəsini də dağıtmışdılar.
Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi nəticəsində şəhərimiz işğaldan azad ediləndə Heydər Əliyev Fondu məqbərəni bərpa etdi, burada Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı da bərpa olundu.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 7 aylıq bərpa dövrü ərzində Şuşaya yol çəkildi, elektrik təsərrüfatı, su verilməsi, tarixi abidələrin bərpası, yeni binalar tikilməsi təmin olundu. Hazırda Şuşada təmir-bərpa işləri sürətlə davam etdirilir.
1752-ci ildə Pənahəli xanın təməlini qoyduğu, gələn il 270 illiyini qeyd edəcəyimiz, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə də öz ruhunu, öz qamətini saxlayan, əyilməyən, sınmayan, bizi gözləyən Qarabağın tacı Şuşa əbədi olaraq nəinki Azərbaycanın, eyni zamanda bütün Türk dünyasının mədəniyyət beşiyi olacaq, bütün Türk dünyasına nur saçacaq. Bu qədim və füsunkar Azərbaycan şəhərində-azadlığına qovuşan Şuşada daim, düşmənə göz dağı olacaq festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər keçiriləcək.
İsaməddin Əhmədov-“Əkinçi” qəzetinin redaktoru
Mədəniyyət paytaxtımız Şuşa uğurla inkişaf edir
44 günlük Vətən müharibəsi doğma Qarabağımızın düşmən tapdağından azad olunması, ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunması ilə yekunlaşdı. Hal-hazırda bu ərazilərdə aparılan bərpa və yenidən qurma işləri, cənab Prezidentin ardıcıl səfərləri Qarabağın daha da çiçəklənməsinə, ölkəmizin bir hissəsi olaraq yeni inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxaracaq. Bu dilbər güşələrin hər birinin özünə məxsus gözəlliyi var. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan, ictimai tariximizin inkişafında mühüm rol oynayan, ölkəmizə və dünyaya görkəmli şəxsiyyətlər bəxş edən Şuşa şəhəri Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir. 28 il sonra öz azadlığına qovuşan bu şəhər hal-hazırda mühüm inkişaf mərhələsində irəliləyir. Prezident cənab İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib. Şuşanın işğaldan azad olunması, Azərbaycanın qədim mədəniyyət mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi, Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası son dərəcədə böyük bir tarixi hadisədir. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın daha bir təntənəsinə çevrilib. Bu, bizim tariximizin parlaq səhifəsidir.
Ələkbər Kərimov – Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir
Azəbaycan torpaqlarının 20%-ə qədəri otuz ilə yaxın idi ki , Ermənistan tərəfindən işğal altında saxlanılırdı. Düşmən 1990-cı illərdən dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terror, soyqırımlar törətməklə torpaqlarımızı işğal edib, bir milyondan artıq insanı yurd yerindən məcburi köçkün salıb. İllər uzunu aparılan danışıqların müsbət nəticə vermədiyini, düşmənin sülh yolu ilə geri çəkilmədiyini görən Azərbaycan xalqı, Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın işğaldan azad edilməsi yolunda əzmlə mübarizə apardı. Güclü və möhtəşəm Azərbaycan Ordusu ölkə prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti, “torpaqlarımızın bir qarışı belə düşməndə qalmamalıdır” devizini rəhbər tutaraq cəsarətlə döyüşərək 44 günə yeni zəfər tariximizi yazdılar.
Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən müharibənin bütün qanun və adətlərinə riayət etdi.
II Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan bütün beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın mülki əhalisini, mülki obyektləri atəşə tutaraq müxtəlif cinayətlər törətdi. 44 gün davam edən müharibə zamanı işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində 93 dinc sakin həlak olmuş, 407 nəfər yaralanmış, 3000 dən çox yaşayış evi yararsız hala düşmüşdür. Biz müharibənin bütün qaydalarına əməl etdik və qalib tərəf olduq. Artıq Azərbaycan müharibə aparılması qaydalarına görə dünyada örnəkdir.
Yaşasın Azərbaycanın müasir tarixinin müəllifi olan Ali Baş Komandan və müzəffər Azəbaycan Ordusu!
Kəmalə Əliyeva, Əlibəyli kənd tam orta məktəbin direktoru
Mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü
30 ilə yaxın müddət ərzində işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşa şəhərində xalqımızın illər-əsrlər boyunca qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz erməni vandalları tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Torpağın əsl sahibləri həmin torpaqda yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün iş görür. Necə ki, bu gün artıq işğaldan azad edilmiş torpaqlarda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük vüsətlə quruculuq işləri aparır. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyi zaman dövlətimizin başçısı demişdi ki, Şuşada Vaqif Poeziya Günləri bərpa ediləcək, “Xarı bülbül” festivalı yenidən keçiriləcək. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu sözlərin üstündən hələ çox az müddət keçsə də, biz artıq dövlət başçımızın bu vədlərinin də necə ardıcıllıqla həyata keçdiyini müşahidə edirik. May ayının 12-13-də Şuşada, Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalı Azərbaycan mədəniyyətinin növbəti təntənəsi oldu. Bu tarixi hadisədən cəmi üç ay sonra, avqustun 30-da Şuşada Vaqif Poeziya Günləri işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə yenidən təşkil olundu. Çox əlamətdar bir haldır ki, Vaqif Poeziya Günlərinin açılışı məhz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə keçirildi. Qeyd etmək lazımdır ki, Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdi və bu, eyni zamanda həm mədəni-tarixi, həm də siyasi baxımdan son dərəcə önəmli bir hadisə idi. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Nəzərə almaq lazımdır ki, həmin dönəmdə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi və ermənilər bütün dünyanı Şuşanın erməni şəhəri olduğuna inandırmaq üçün böyük səylər göstərirdilər. Lakin Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldıldı və Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi bir daha öz yerini tapdı. Bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu istiqamətdə atdığı hər bir addım, verdiyi hər bir qərar bütün dünyaya ünvanlanan aydın bir mesaj kimi səslənir –Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır!
Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal
Azərbaycanın yeni inkişaf mərhələsi
44 gün davam edən Vətən müharibəsi nəticəsində Qəhrəman Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğala son qoydu, torpaqlarımız azad olundu. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir.
Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və Azərbaycan yenidən nəfəs almağa başladı. Dözüm, səbir, ədalətə inam, öz Prezidentinə inam Azərbaycan xalqını Qələbəyə gətirdi.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış siyasət, 44 gün davam edən Vətən müharibəsində Qəhrəman Ordumuzun tarixi qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə edilən uğurlar imkan verir ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın həm işğaldan azad olmuş ərazilərində, həm də bütünlükdə ölkə üzrə hərtərəfli sürətli inkişafa nail olmaq üçün nəzərdə tutulan bütün layihələr həyata keçirilsin.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Şuşanın Azərbaycan üçün mühüm əhəmiyyəti vardır
Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada daha bir tarixi hadisənin şahidi olduq. Avqustun 30-da Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış mərasiminin keçirilməsi ölkəmizin həyatında əlamətdar hadisə olmaqla yanaşı çox böyük tarixi və siyasi mənası olan bir tədbir kimi xarakterizə olunmalıdır.
Sovetlər dövründə Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir ki, bunun da çox mühüm siyasi əsasları olmuşdur. Çünki həmin dövrdə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edir, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Lakin bunun üçün ermənilərin heç bir tarixi, elmi əsasları yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmış və 1982-ci il yanvar ayının 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı baş tutmuş, bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın tarixi-mədəni abidələrinin, təbiətinin gözəlliyini bütün dünyaya nümayiş etdirmək üçün şəhərdə turizm infrastrukturunun qurulması üçün də müvafiq işlər həyata keçirilməkdədir. “Qarabağ” otelinin əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açması, “Xarıbülbül” oteli, həmçinin mənfur düşmənin “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu otelin inşa olunmasının planlaşdırılması Şuşanı yaxın gələcəkdə turizm mərkəzinə çevirmiş olacaqdır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə etməklə öz torpaqlarının işğalına son qoydu
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra start verilmişdir. Dövlət başçısının həmin ərazilərə etdiyi səfərlər ilk növbədə aparılan işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Ötən ilin noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanmışdı. Bu ilin yanvar ayının 14-də isə Qafqazın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan qədim Şuşa şəhərinin bərpasına başlandı. Ölkə Prezidenti cənab İlham Əliyev ailəsi ilə birgə Şuşa şəhərinə etdiyi səfərlərdən birinin gedişi zamanı öz çıxışında demişdi: “Otuz il ərzində düşmən torpaqlarımızı işğal altında saxladı. Bu illər ərzində işğalda olan bütün şəhər və rayonlarımız, o cümlədən Şuşa şəhəri talandı, viran qoyuldu, qarət edildi. Ermənilər Şuşanın tarixi erməni şəhəri olduğunu iddia etsələr də, orda heç bir quruculuq işləri aparmayıblar. Erməni vandalları bu torpaqlardan tariximizi, mədəniyyətimizi yox etməyə çalışdılar. Lakin bacarmadılar. Bu gün artıq həmin torpaqların əsl sahibləri geri dönüblər.” Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə etdiyi hər bir səfəri bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya verdiyi bir mesajdır.
30 ilə yaxın müddət ərzində işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşa şəhərində xalqımızın illər-əsrlər boyunca qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz erməni vandalları tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Torpağın əsl sahibləri həmin torpaqda yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün iş görür. Necə ki, bu gün artıq işğaldan azad edilmiş torpaqlarda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük vüsətlə quruculuq işləri aparır.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Şuşa əbədi olaraq İslam dünyasının, Azərbaycanın mədəniyyət paytaxtı olacaq
Azərbaycanın mədəniyyət tarixində böyük rəmzi mənası olan, hətta dağılmış vəziyyətdə, vandalizmə məruz qaldığı illərdə belə milli ruhunu qoruyub saxlayan Şuşa kimi doğmalarının isti nəfəsinə həsrət qalan xarıbülbül də əyilmədi, sınmadı. Poeziyanın, sözün, musiqinin bayramı olan tədbirdəki çıxışında 39 il bundan əvvəl burada ulu öndər Heydər Əliyevin iştirakı ilə dahi şair Vaqifin məqbərəsinin açılış mərasimini xatırlayan Prezident İlham Əliyev bu məsələdə də ata vəsiyyətinə sadiqliyini göstərdi.
Müharibədən sonra arxada qalan 9 ayda bir çox tarixi abidəni bərpa edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vaqif Poeziya Günlərinin bərpası, «Xarıbülbül» musiqi festivalının təşkili, Yuxarı Gövhər ağa məscidinin təmiri, Saatlı və Aşağı Gövhər ağa məscidlərinin bərpasına diqqətin artırılması, Natəvan bulağının istifadəyə verilməsi tarixi məqamlardır.
Poeziya Günləri çərçivəsində Vaqifin məqbərəsinin, büstünün açılması, Üzeyir Hacıbəylinin abidəsinin yenilənməsi, görkəmli sənətkar Bülbülün ev muzeyinin bərpası tarixi şəxsiyyətlərə ehtiram nümunəsidir. Şuşadakı “Qarabağ”, “Xarıbülbül” otellərinin əsaslı təmirdən sonra öz qapılarını qonaqların üzünə açması, yeni yaşayış kompleksinin təməlinin qoyulması da bu ecazkar şəhərin simasını daha da gözəlləşdircək.
“Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik” söyləyən Prezident İlham Əliyevin diqqəti sayəsində Şuşa müasir tarixinin ən gözəl günlərini yaşayır. Şuşa əbədi olaraq İslam dünyasının, Azərbaycan xalqının mədəniyyət paytaxtı olacaq, ev sahibi kimi qonaqlarını möcüzələri, möhtəşəmliyi ilə heyrətləndirəcək.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan vermişdi
Şuşa coğrafi yerləşməsinə görə çox böyük strateji əhəmiyyət kəsb edir. Ötən əsrin 92-93-cü illərində məhz Şuşanın itirilməsi digər rayonların işğalına yol açdı. Biz ilk öncə Şuşanın strateji əhəmiyyətini itirdik və bundan sonra düşmən 1992-ci ilin mayında Laçını, 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi. Beləliklə Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradıldı və bu fakt, eləcə də o vaxt Azərbaycanda hökm sürən hərc-mərclik, nizami ordunun olmaması, davam edən vətəndaş qarşıdurması bizim məğlubiyyətimizi qaçılmaz etmişdi. Ancaq Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı. Bu gün şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün torpaqlarımızı, o cümlədən Şuşanı azad edib və bu, bir reallıqdır. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr ermənilər tərəfindən dağıdıldı. Həmçinin 39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə açılışı olmuş Vaqifin məqbərəsi də Erməni vandalizminin qurbanı oldu. Lakin torpaqlarımız azad ediləndən sonra məqbərənin bərpasını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürdü. Beləliklə, dahi şairimizin məqbərəsi də, Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Ümumiyyətlə, Şuşanın bərpası istiqamətində 7 ay ərzində artıq çox böyük işlər görülüb. Şuşanın elektrik təsərrüfatı bərpa edilib, şəhərə suyun verilməsi bərpa olunub, tarixi abidələrin bərpasına start verilib. O cümlədən Xan qızı Natəvanın bulağı bərpa edilib. Hal-hazırda üç məsciddə təmir-bərpa işləri gedir. Qeyd edək ki, bu məscidlərin təmirini də Heydər Əliyev Fondu öz üzərinə götürüb. Şuşada “Xarıbülbül” oteli istifadəyə verilib və artıq may-iyun aylarında ilk qonaqlarını qəbul edib. Bütün bunlar bir daha göstərir ki, Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır və bu tədbirlər artıq öz möhtəşəm nəticələrini verməkdədir.
Rafiq Məmmədov-Zərdab şəhər sakini, ağsaqqal
Şuşanın bərpası yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görüldü
Cənab Prezidentimiz Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında şəhərin bərpası istiqamətində görülən işlərdən danışarkən bildirib ki, Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü: “İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq”.
Cənab Prezident yanvar ayında səfəri zamanı verdiyi tapşırıqların 7 ay ərzində yerinə yetirildiyini deyərək düşmənin Şuşanı tərk edərkən şəhərin bütün kommunikasiya xətlərinin, tarixi abidələrini dağıtmasına baxmayaraq hər şeyi bərpa edildiyini bildirməklə düşmənə növbəti zərəbəedici mesajını verdi: “Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür”.
Cənab Prezidentimizin dediyi kimi: “Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”.
Qnyaz Nağıyev-Dəli Quşçu kənd sakini, fəal gənc
Şuşa tarixi Azərbaycan şəhəridir
Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir. Qarabağ tarixini araşdıran Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağırılıb.
Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicə əhəmiyyəti baxımından Sovet illərində kurort şəhəri hesab olunub. Burada kilsə və məscidlər, karvansaralar, muzeylər vardı. Şuşa teatrının tarixi 19-cu əsrin axırlarından başlayıb. Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb.
Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliiyət göstərib. Şəhər işğal olunana kimi orada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar olub. Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir.
Vüsalə Kərimova-Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktoru