Görün şərab ürək-damar xəstələrinə nə edirmiş

0

Bəzi spirtli içkilər, xüsusən də şərab ürək-damar sisteminə faydalı təsir göstərə bilər. Çünki yüksək keyfiyyətli içkinin tərkibində antioksidantlar var.

Bu barədə tibb elmləri namizədi Denis Sokolov bildirib.

O, şərabın tərkibindəki resvertanolun ürəyi və qan damarlarını zədələnmədən qorumaq qabiliyyətinə malik olduğunu, həmçinin qan dövranını yaxşılaşdıra biləcəyini qeyd edib. Həkimin sözlərinə görə, spirtli içkilərin normada qəbul edilməsi xolesterinin səviyyəsini artıra və qan laxtalanma riskini azalda bilər.

Sokolov vurğulayıb ki, spirtli içkilərin həddindən artıq istehlakı qaraciyər və mədəaltı vəzi xəstəliklərinə tutulma riskini artırır. Eyni zamanda qan təzyiqinin artmasına, ürək ritminin pozulmasına səbəb olur.

Mütəxəssis xatırladıb ki, spirt yüksək kalorili məhsuldur və çəki artımına və piylənmənin inkişafına kömək edə bilər.

“Kişilərə hər həftə 3,5 litr pivə və ya 560 millilitr güclü spirtli içki içmək olar. Qadınlar üçün isə 2,5 litrə qədər pivə və 400 millilitr güclü spirtli içki qəbul etmək olar”, – həkim əlavə edib. (Publika.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »