UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın Almaniya “Bayer”ini keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub.
İctimai Rəy xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
Belə ki, əgər “Qarabağ” “Bayer 04” komandasına qalib gələrsə, 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq.
Qeyd edək ki, bu məbləğ iki oyunun nəticəsinə əsasən hesablanır.
Əlavə edək ki, bu gün “Qarabağ” “Bayer 04”(Leverkuzen) klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də başlayacaq.
Komandalar arasında cavab oyunu isə martın 14-də Leverkuzen şəhərində baş tutacaq.