Ermənistan Avropa Birliyinə üzvlüyə namizəd olmağa hazırdır.
İctimai Rəy erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Biz mütləq hazırıq və təhlükəsizliyimizi maksimum təmin edəcək istiqamətdə hərəkət edəcəyik”, – deyə o qeyd edib.
Simonyanın sözlərinə görə, bu məsələdə tələsməyə ehtiyac yoxdur, çünki dövlət məsələsində tələsik addımlar atmaq olmaz.\\musavat.com\\