Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.
Bu barədə Axar.az-a idmançının köməkçisi Nicati Nicat məlumat verib.
Sosial şəbəkələrdə Kamil Zeynallının Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə azad edildiyi vurğulanıb.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.