Rusiyanın Lipetsk şəhərinin Oktyabrski rayon məhkəməsi “Lipetsk Roshen” zavodunun səhmlərinin Rusiya dövlətinə keçməsi barədə qərar qəbul edib.
İctimai Rəy xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Şirniyyat şirkətinin sahibləri Ukraynanın eks-prezidenti Pyotr Poroşenko və onun oğlu Alekseydir.
Müəssisənin baş direktoru Oleq Kazakovun “Roshen” MMC-nin nizamnamə kapitalındakı payları da milliləşdirilib.
Məhkəmənin qərarına əsasən, Pyotr Poroşenko, oğlu və Oleq Kazakova Rusiya ərazisində hər hansı fəaliyyət qadağan edilib.
2023-cü ilin noyabrında Kursk məhkəməsi Ukraynanın “Konti” qənnadı fabrikini milliləşdirib. “Konti-Rus” şirkətinin səhmləri Ukrayna vətəndaşlarına, o cümlədən ukraynalı milyarder Rinat Axmetovun şərikləri və qardaşı qızı Tatyana Axmetova-Aidarovaya məxsus idi.\\musavat.com\\