Qəzza müharibəsini Holokostla müqayisə etdiyi üçün Braziliya Prezidenti Luis İnasio Lula da Silva arzuolunmaz şəxs elan edilib.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz deyib.
“İsrail XİN-i Braziliya Prezidenti Lula da Silvanı Qəzza müharibəsini Holokostla müqayisə etdiyi üçün persona non qrata elan edib”, – o bildirib.
Qeyd edək ki, Braziliya Prezidenti İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.