Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketi, digər məsələlərlə yanaşı, Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə təsir göstərəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Biz hazırda 13-cü sanksiyalar paketini, xüsusən də PUA-larla bağlı qərar qəbul etmək yolundayıq”, – o qeyd edib.
Almaniyalı nazir sanksiyalar paketinin demək olar ki, razılaşdırıldığını vurğulayıb.
Xatırladaq ki, bu gün Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.