Çin və Türkiyə banklarının ardınca Birləşmiş Ərəb Əmirliklərinin böyük bankları da Rusiyadan olan müştərilərlə işləmək üçün məhdudiyyətlər tətbiq etməyə başlayıblar.
İctimai Rəy xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, həmçinin “Delovaya Rossiya”nın nümayəndələrinə istinadən yazır.
BƏƏ bankları Rusiyadan pul qəbulunu və rusiyalı müştərilərə ödəniş göndərməyi dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin hesablarını bağlayır.
İş adamlarının sözlərinə görə, BƏƏ bankları ilə bağlı problemlər ABŞ prezidenti Co Baydenin 2023-cü ilin dekabrında ikinci dərəcəli sanksiyalarla bağlı fərman verməsindən xeyli əvvəl başlayıb. Ruslar 2023-cü il ərzində çətinliklər yaşayıblar, lakin sentyabr ayından etibarən problemlər daha da böyüyüb. Hazırda Rusiya şirkətlərinin BƏƏ banklarında hesab açması demək olar ki, mümkün deyil.\\musavat.com\\