İsrail fələstinlilərlə daimi nizamlanma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu X sosial platformasındakı paylaşımında yazıb.
“İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək. 7 oktyabr qırğınından sonra belə bir tanınma terrorizmə böyük mükafat verəcək və gələcək sülh sazişinin qarşısını alacaq. Sülh sazişi yalnız ilkin şərt olmadan birbaşa danışıqlar nəticəsində əldə oluna bilər”, – o bildirib.