Tramp Zelenskini “tarixin ən böyük taciri” adlandırıb.
İctimai Rəy xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Ukraynanın Rusiya ilə razılaşacağı təqdirdə ABŞ-ın Ukrayna tərəfinə göndərilən yüz milyardlarla dolları itirə biləcəyini izah etməyə çalışıb.
Tramp həmçinin əlavə edib ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır və ABŞ-ın yardımı vəziyyəti həll etməyəcək. O, vəziyyəti həll etməyə qadir olan yeganə şəxsin özünün olduğunu vurğulayıb. \\Musavat.com\\