Hakan Fidan Prezident İlham Əliyevi təbrik edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan dövlət başçısı İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

İctimai Rəy xəbər verir ki, o, bu barədə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasında çıxışı zamanı danışıb.

“Seçkilərdəki yüksək fəallığına görə Azərbaycan xalqını da təbrik edirəm”, – nazir söyləyib.

Comments are closed.

Tərcümə »