Pxenyan Seulu “əsas düşmən” adlandırır və işğalla hədələyir

0

Şimali Koreya prezidenti Kim Çen In lazım gələrsə Cənubi Koreya ərazisinin işğal oluna biləcəyini istisna etmir.

İctimia Rəy xəbər verir ki, bu barədə Koreyanın mərkəzi xəbər agentliyi məlumat yayıb.

Şimali Koreya lideri ölkənin Milli Müdafiə Nazirliyində çıxışı zamanı deyib: “Fövqəladə hallarda onları işğal etmək ölkəmizin əbədi təhlükəsizliyi, gələcəkdə sülh və sabitlik üçün bir tədbirdir”.

KXDR lideri əlavə edib ki, əgər ölkənin düşmənləri onlara qarşı güc tətbiq etməyə cəsarət etsə, Pxenyan bütün mövcud qüvvə və imkanları birləşdirərək “tarixi dəyişdirəcək cəsarətli qərar” qəbul edəcək.

Kim Çen In vurğulayıb ki, KXDR silahlı qüvvələri daha da güclənməli və müharibənin qarşısını almaq və ölkənin təhlükəsizliyini qorumaq üçün bütün vasitələrdən istifadə etməlidir.

Formal olaraq Koreya yarımadası hələ də müharibə şəraitindədir. Şimal və Cənub arasında döyüşlər 25 iyun 1950-ci ildə başlayıb və 3 il davam edib. 1953-cü ilin iyulunda döyüşlər başa çatıb, nəticədə atəşkəs müqaviləsi imzalanıb, lakin hələ də sülh müqaviləsinə çevrilməyib. \\Musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »