“İşğaldan azad edilən Qarabağda – Xankəndi və Şuşada seçkini müşahidə etdik. Azad seçki üçün heç bir qanun pozuntusu qeydə alınmayıb”.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bunu Serbiya parlamentinin nümayəndə heyətinin rəhbəri Sandra Boziç bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, xarici müşahidəçilər üçün bütün seçki məntəqələrində sərbəst müşahidə üçün şərait yaradılmışdı:
“İşə cəlb edilənlər peşəkar idi. Azərbaycan demokratik prinsiplərə sadiqdir. Vətəndaşların səsvermə haqqında məlumatlılığı təqdirəlayiqdir”.